...

İsveçrədə daha bir təyyarə qəzaya uğrayıb

Dünya xəbərləri Materials 5 Avqust 2018 00:19 (UTC +04:00)
İsveçrədə daha bir təyyarə qəzaya uğrayıb
İsveçrədə daha bir təyyarə qəzaya uğrayıb

Bakı. Trend:

İsveçrədə daha bir təyyarə qəzaya uğrayıb.

Trend-in məlumatına görə, insident İsveçrənin şərqində Pits dağının ətəyində baş verib. Qəza yerinə 5 helikopter göndərilib.

Qraubünden kantonasının polis idarəsi qəza faktını təsdiqləsədə, ölən və yaralananlar barədə məlumat verməyib.

Qeyd edək ki, daha əvvəl İsveçrənin Nidvalden yarıkantonasında yerli vaxtla saat 10:00-da yüngülmotorlu təyyarənin qəzaya uğraması barədə məlumat yayılmışdı. Qəza nəticəsində bir ailənin 4 üzvü həlak olub.

Xəbər lenti

Xəbər lenti