...

İstanbulun hava limanında iki sərnişin təyyarəsi toqquşub

Dünya xəbərləri Materials 10 Avqust 2018 01:20 (UTC +04:00)
İstanbulun Atatürk hava limanında iki sərnişin təyyarəsi toqquşub
İstanbulun hava limanında iki sərnişin təyyarəsi toqquşub

Bakı. Trend:

İstanbulun Atatürk hava limanında iki sərnişin təyyarəsi toqquşub.

Trend-in məlumatına görə, "Royal Air Moroc" aviaşirkətinin İstanbul-Kasablanka reysini həyata keçirən təyyarəsi "Turkish Airlines" aviaşirkətinin təyyarəsinin quyruq hissəsinə dəyib.

İnsident nəticəsində xəsarət alan olmayıb. Hər iki təyyarəyə yüngül zərər dəyib. "Turkish Airlines" aviaşirkətinin təyyarəsinin sərnişinləri başqa təyyarə ilə Afinaya göndərilib.

Hadisə ilə bağlı araşdırmaya başlanılıb.

Xəbər lenti

Xəbər lenti