...

Ufada sərnişin təyyarəsi qəza enişi edib

Dünya xəbərləri Materials 22 Avqust 2018 06:16 (UTC +04:00)

Bakı. Trend:

"Red Wings" aviaşirkətinin "Tu-204" sərnişin təyyarəsi Rusiyanın Ufa şəhərinin hava limanından qalxdıqdan bir qədər sonra qəza enişi edib.

Trend-in məlumatına görə, bu barədə Ufa şəhərinin hava limanının saytında bildirilir.

Məlumatda deyilir: "Yerli vaxtla saat 05:06-da "Red Wings" aviaşirkətinin Ufa-Soçi reysini həyata keçirən "Tu-204" sərnişin təyyarəsi sol mühərrikin alışması səbəbi ilə "Ufa" hava limanında qəza enişi edib. Təyyarənin göyərtəsində olan 202 sərnişinin hamısı təxliyə edilib, xəsarət alan yoxdur".

Hazırda sərnişinlərlə aviaşirkətin nümayəndəsi və psixoloqlar işləyir. Aviaşirkət sərnişinlərin Soçiyə göndərilməsi üzəində çalışır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti