Bakı. Trend:
Avstraliya hökuməti Çinin "Huawei" telekommunikasiya şirkətinin 5G standartlı mobil rabitə şəbəkəsinin yaradılması üçün avadanlıqların ölkəyə idxalına qadağa qoyub.
Trend-in məlumatına görə, qeyd olunur ki, Çin operatorunun iştirakı ilə bu mobil rabitə şəbəkəsindən ölkədə icazəsiz giriş və ya müdaxilə üçün istifadə edilə bilər.
Ekspertlər bildirirlər ki, Avstraliya ABŞ-in atdığı addımları təkrarlayıb. Belə ki, bu il ABŞ milli təhlükəsizliyi səbəb göstərərək "Huawei" şirkətinin ölkədəki bir çox bazarlarını bağlamışdı.