Bakı. Trend:
"İslam İnqilabı Keşikçiləri" korpusu (Sepah - İran Silahlı Qüvvələri) Suriyada İŞİD terror təşkilatının 40-a yaxın rəhbərini zərərsizləşdirib.
Trend-in məlumatına görə, bu barədə "Tasnim" agentliyi özünün "Twitter" səhifəsində qeyd edib.
İŞİD rəhbərlərinin öldürülməsi barədə xəbər İran Silahlı Qüvvələrinin generalı Əmir Əli Hacızadəyə istinadən verilib.