...

Slovakiyada hərbi təyyarə qəzaya uğrayıb

Dünya xəbərləri Materials 11 Oktyabr 2018 06:29 (UTC +04:00)
Slovakiya HHQ-nin L-39 təlim təyyarəsi Sliaç hərbi bazası yaxınlığında qəzaya uğrayıb.
Slovakiyada hərbi təyyarə qəzaya uğrayıb

Bakı. Trend:

Slovakiya HHQ-nin L-39 təlim təyyarəsi Sliaç hərbi bazası yaxınlığında qəzaya uğrayıb.

Trend-in məlumatına görə, bunu jurnalistlərə müdafiə idarəsinin rəhbəri Peter Qaydoş deyib. Onun sözlərinə görə, hadisə zamanı hər iki pilot katapulta etməyi bacarıb.

Qaydoş həmçinin qeyd edib ki, təyyarə manevrlərin biri zamanı idarəerməni itirib və yerə düşüb: "Qəzaya səbəb mühərrikin sıradan çıxması olub".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti