...

Lujkovun arvadı Rusiyanın ən zəngin qadını oldu - SİYAHI

Dünya xəbərləri Materials 25 Oktyabr 2018 16:36 (UTC +04:00)

Bakı. Trend:

“Forbes” jurnalı Rusiyanın ən zəngin qadınlarının siyahısını dərc edib.

Trend-in məlumatına görə, siyahıda birinci yerdə “Inteco Management” şirkətinin prezidenti və Moskvanın keçmiş meri Yuri Lujkovun həyat yoldaşı Yelena Baturina qərarlaşıb.

Onun varidatı 1,2 milyard dollar həcmində ölçülür.

İlk üçlükdə 600 milyon dollar varidatla “Wildberries” internet mağazasının baş direktoru Tatyaba Bakalçuk və fərdi investor Yelena Rıbolovleva qərarlaşıb.

Siyahıda ilk beşliyi “S7 Group”un Direktorlar Şurasının sədri Nataliya Fileva (600 milyon dollar) və “Proqress Kapital”ın Direktorlar Şurasının üzvü Olqa Belyavtseva (500 milyon dollar) tamamlayır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti