...

Çin Filippini dialoqa çağırdı

Dünya xəbərləri Materials 19 Noyabr 2018 09:24 (UTC +04:00)
Çin və Filippin dənizlə bağlı məsələlər ətrafında dialoqu fəallaşdırmalı və Cənubi Çin dənizini dostluq və sülh dənizinə çevirməlidirlər.
Çin Filippini dialoqa çağırdı

Bakı. Trend:

Çin və Filippin dənizlə bağlı məsələlər ətrafında dialoqu fəallaşdırmalı və Cənubi Çin dənizini dostluq və sülh dənizinə çevirməlidirlər. Trend-in məlumatına görə, bunu Çin rəhbəri Si Cinpin Filippinə rəsmi səfəri öncəsi deyib.

Çinli lider bəyan edib: "Dost məsləhətləşmələri keçirməklə aramızda olan fikir ayrılıqlarını konstruktiv şəkildə nizamlamaq, dənizlə bağlı məsələlərdə əməkdaşlıq etmək və Cənubi Çin dənizini sülh, dostluq və əməkdaşlıq dənizinə çevirmək lazımdır".

S.Cinpin vurğulayıb ki, Rodriqo Dutertenin hakimiyyətə gəlişi ilə Çin və Filippin dövlətləri dialoqu bərpa ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti