...

49 yaşlı şəxs vintaçanla kampusa hücum etdi - Ölən və yaralananlar var

Dünya xəbərləri Materials 26 Noyabr 2018 11:34 (UTC +04:00)
Çinin Sindao şəhərində 49 yaşlı şəxs vintaçanla Şandun Elmi-Texniki Universitetin kampusuna hücum edib.
49 yaşlı şəxs vintaçanla kampusa hücum etdi - Ölən və yaralananlar var

Bakı. Trend:

Çinin Sindao şəhərində 49 yaşlı şəxs vintaçanla Şandun Elmi-Texniki Universitetin kampusuna hücum edib.

Trend-in məlumatına görə, hücum nəticəsində kampusda olan 1 nəfər ölüb, daha 5 nəfər yaralanıb.

Məlumata görə, axşam saatlarında Çjan soyadlı şəxs kampusa hücum edərkən onun hücumuna 2 mühafizəçi, bir xadimə, 1 müəllim və onun 2 qohumu məruz qalıb.

Bütün yaralılar kəsilmiş-deşilmiş yaralarla xəstəxanaya çatdırılıb. Müəllimin yaralanmış qohumunun həyatını xilas etmək mümkün olmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti