Bakı. Trend:
Avstraliya hökuməti Milli Kosmik Agentliyinin yaradılması barədə qərar qəbul edib. Trend-in məlumatına görə, agentliyin mənzil-qərargahı Adeliadda yerləşəcək.
Bildirilir ki, agentliyin yaradılması üçün 41 milyondan çox vəsait ayrılıb.
Bununla bağlı federal hökumətin saytında yerləşdirilən məlumatda deyilir ki, agentlik milli biznesin bu sahədə inkişafı üçün yeni geniş imkanlar açacaq və kosmik sahədə dünya bazarına çıxmağa imkan verəcək.