...

Qatı duman 21 uçuşun ləğvinə səbəb oldu

Dünya xəbərləri Materials 17 Dekabr 2018 14:05 (UTC +04:00)
Güclü duman səbəbindən İranın Əhvaz Beynəlxalq Hava limanında ötən gecədən indiyədək 21 uçuş ləğv edilib və 3 uçuşda ləngimə yaranıb.
Qatı duman 21 uçuşun ləğvinə səbəb oldu

Bakı. Elnur Bağışov - Trend:

Güclü duman səbəbindən İranın Əhvaz Beynəlxalq Hava limanında ötən gecədən indiyədək 21 uçuş ləğv edilib və 3 uçuşda ləngimə yaranıb.

Trend-in məlumatına görə, bunu İranın Xuzistan vilayəti aeroportlarının baş direktoru Məhəmməd Rza Rzayi deyib.

Onun sözlərinə görə, ötən gecə saat 19:00-dan Əhvaz rayonunda güclü duman var və bu, uçuşlara təsir göstərib.

Rzayi əlavə edib ki, Əhvazda görmə üfüqü hazırda təxminən 100 metrdir və uçuş üçün münasib şərait yoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti