...

Ermənistanda ağır və xüsusilə ağır cinayətlər xeyli artıb

Dünya xəbərləri Materials 2 Yanvar 2019 11:09 (UTC +04:00)
Ermənistanda ağır və xüsusilə ağır cinayətlər xeyli artıb.
Ermənistanda ağır və xüsusilə ağır cinayətlər xeyli artıb

Bakı. Trend:

Ermənistanda ağır və xüsusilə ağır cinayətlər xeyli artıb.

Trend-in Ermənistan Statistika Xidmətinə istinadən verdiyi məlumata görə, ölkədə cinayətlərin artımı 13, xüsusilə ağır cinayətlər isə 30 faiz təşkil edib.

Ümumiyyətlə, 2018-ci ilin yanvar-noyabr aylarında 20 267 cinayət qeydə alınıb. 2017-ci ilin analoji dövründə bu göstərici 17 898 olub.

Ötən il 209 xüsusilə ağır cinayət törədilib. 2017-ci ildə bu rəqəm 161 idi.

Bundan başqa, odlu silahlar və döyüş sursatları ilə törədilən cinayətlərin də sayı artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti