...

Serbiyada Putinə sui-qəsd hazırlayan şəxs saxlanılıb

Dünya xəbərləri Materials 16 Yanvar 2019 14:07 (UTC +04:00)
Serbiyada Rusiya Prezidenti Vladimir Putinə sui-qəsd hazırlayan şəxs saxlanılıb
Serbiyada Putinə sui-qəsd hazırlayan şəxs saxlanılıb

Bakı. Trend:

Serbiyada Rusiya Prezidenti Vladimir Putinə sui-qəsd hazırlayan şəxs saxlanılıb.

Trend bu barədə Serbiya mətbuatına istinadən məlumat verir.

Qeyd olunur ki, polis 21 yaşlı, radikal dindar Armina Alibaşiçin bel çantasından şübhələnib. Aparılan axtarış nəticəsində onun çantasından snayper silahı tapılıb. Bundan başqa, onun evində partlayıcı qurğu üçün komponentlər aşkarlanıb.

Qeyd edək ki, V.Putinin yanvarın 17-i Serbiyaya səfər edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti