...

Robert Koçaryanın həbs müddəti iki ay da uzadıldı

Dünya xəbərləri Materials 18 Yanvar 2019 20:10 (UTC +04:00)
Ermənistanda Yerevan birinci instansiya məhkəməsi sabiq prezidenti Robert Koçaryan girov müqabilində azadlığa buraxmaqdan imtina edərək həbs müddətini iki ay da uzadıb
Robert Koçaryanın həbs müddəti iki ay da uzadıldı

Bakı. Trend:

Ermənistanda Yerevan birinci instansiya məhkəməsi sabiq prezident Robert Koçaryanı girov müqabilində azadlığa buraxmaqdan imtina edərək həbs müddətini iki ay da uzadıb.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, bunu məhkəmə prosesində iştirak etmiş prokuror Vaan Muradyan deyib.

Onun sözlərinə görə, məhkəmə R.Koçaryanın vəkillərinin vəsatətini təmin etməyib.

Qeyd edək ki, R.Koçaryan dövlət quruluşunu devirmək cəhdində ittiham olunaraq ötən ilin iyulunda həbs olunmuşdu. Apellyasiya məhkəməsi onu azad etsə də, Ali məhkəmənin tələbi ilə işə yenidən baxılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti