...

İranda terror hücumu: ölən və yaralananlar var (YENİLƏNİB)

Dünya xəbərləri Materials 2 Fevral 2019 09:35 (UTC +04:00)
Sistan və Bəluçistan vilayətinin Nikşəhr rayonunda Bəsic Qüvvələrinin bazasına terror hücumu olub.
İranda terror hücumu: ölən və yaralananlar var (YENİLƏNİB)

Bakı. Elnur Bağışov – Trend:

Bu gün səhər saatlarında İranın cənub-şərqində, Sistan və Bəluçistan vilayətinin Nikşəhr rayonunda Bəsic Qüvvələrinin bazasına terror hücumu olub.

Trend xəbər verir ki, bu barədə İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (Sepah) Qüds qərargahının İctimai əlaqələr şöbəsindən "Mehr" informasiya agentliyinə bildirilib.

Məlumata əsasən terrorçuların bazaya hücumu nəticəsində "Sepah"ın bir nümayəndəsi ölüb, 5 nəfər yaralanıb.

"Ceyş-ül-Zülm" terror qruplaşması bazaya hücuma görə məsuliyyəti öz üzərinə götürüb.

Aktı törədən şəxslərin saxlanılması üçün əməliyyat tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti