...

İngilis yazıçısı Rozamunda Pilçer vəfat edib

Dünya xəbərləri Materials 8 Fevral 2019 05:24 (UTC +04:00)
İngilis yazıçısı Rozamunda Pilçer qısamüddətli xəstəlikdən sonra vəfat edib.
İngilis yazıçısı Rozamunda Pilçer vəfat edib

Bakı. Tural Turan - Trend:

İngilis yazıçısı Rozamunda Pilçer qısamüddətli xəstəlikdən sonra vəfat edib. Trend-in məlumatına görə, yazıçı 95 yaşında Şotlandiyada dünyasını dəyişib.

Məlumata görə, Pilçer Şotlandiyanın Dandi şəhərində vəfat edib.

Pilçer 10-dan çox roman yazıb, onlardan ən çox Pilçerə uğur qazandıran “Ailə mirası” (The Shell Seekers) əsəri olub. Əsər milyonlarla tirajla buraxılıb və satılıb.

Pilçerin əsərləri daha çox Almaniyada məşhurdur və burada onun əsərləri əsasında teleseriallar çəkilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti