...

Buenos-Ayresin limanında iki kruiz layneri toqquşub

Dünya xəbərləri Materials 22 Fevral 2019 08:01 (UTC +04:00)
Argentinanın paytaxtı Buenos-Ayres şəhərinin limanında "Orkestr" (Orchestra) və "Poeziya" (Poesía) kruiz laynerləri toqquşub
Buenos-Ayresin limanında iki kruiz layneri toqquşub

Bakı. Trend:

Argentinanın paytaxtı Buenos-Ayres şəhərinin limanında "Orkestr" (Orchestra) və "Poeziya" (Poesía) kruiz laynerləri toqquşub.

Trend-in "Clarin" qəzetinə istinadən verdiyi məlumata görə, hər iki layner Panamada qeydiyayt edilib və "MSC" şirkətinə məxsusdur.

Argentina dəniz prefekturasının məlumatına əsasən, Rio-de-Janeyroya gedən "Orkestr" layneri limandan çıxmaq istəyərkən lövbərdə dayanan "Poeziya" laynerinə çırpılıb.

Qeyd edilir ki, gəmilərə yüngül zərər dəyib, insident limanın işinə təsir göstərməyib.

Xəbər lenti

Xəbər lenti