Bakı. Trend:
Əfqanıstanın Cəlalabad şəhərində silahlı şəxslər tikinti şirkətinin ofisinə hücum ediblər.
Trend-in məlumatına görə, şəhər aeroportunun yaxınlığında qeydə alınan hadisə nəticəsində 3 nəfər ölüb. Ölənlər şirkətin əməkdaşlarıdır.
Silahlı şəxslər binanı ələ keçirdikdən sonra güclü partlayış baş verdiyi bildirilir. Partlayışı terrorçu-intiharçı törədib.
Təhlükəsizlik qüvvələri 3 silahlını zərərsizləşdirə biliblər.
Şirkətin hava limanında tikinti işləri həyata keçirdiyi deyilir.