...

Silahlılar Suriyada 16 yaşayış məntəqəsini atəşə tutublar

Dünya xəbərləri Materials 12 Mart 2019 11:34 (UTC +04:00)
Silahlılar ötən sutka ərzində Suriyanın Hələb, Hama, Latakiya və idlib əyalətlərinin 16 yaşayış məntəqəsini atəşə tutublar
Silahlılar Suriyada 16 yaşayış məntəqəsini atəşə tutublar

Bakı. Trend:

Silahlılar ötən sutka ərzində Suriyanın Hələb, Hama, Latakiya və İdlib əyalətlərinin 16 yaşayış məntəqəsini atəşə tutublar.

Trend-in məlumatına görə, bu barədə Suriyada düşmən tərəflərin barışdırılması üzrə Rusiya Mərkəzinin rəhbəri general-mayor Viktor Kupçişin bildirib.

V.Kupçişin deyib: "Sutka ərzində silahlılar Latakiya əyalətinin Kinsibba, Kalyat-Marza (iki dəfə), Safsafa (iki dəfə), Saraf, Axç-Baer və Masyaf, Hama əyalətinin Xan-Şeyxun, Tell-Bazzam və Xalfiya, Hələb əyalətinin Tletat (iki dəfə) və Makanis-əd-Duvayri (iki dəfə), İdlib əyalətinin Zahabiya (üç dəfə), Əs-Salahiyə (iki dəfə) və Əl-Vasitə yaşayış məntəqələrini atəşə tutublar".

Mərkəz rəhbəri əlavə edib ki, qaçqınların yaşayış yerlərinə qayıtması prosesi davam edir: "Martın 8-i üçün olan vəziyyətə görə 226 118 nəfər qayıdıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti