...

Zelenski Ukrayna prezidenti seçkilərində liderdir

Dünya xəbərləri Materials 1 Aprel 2019 04:21 (UTC +04:00)
Şoumen Vladimir Zelenski Ukrayna prezidenti seçkilərində liderlik edir.
Zelenski Ukrayna prezidenti seçkilərində liderdir

Bakı. Trend:

Şoumen Vladimir Zelenski Ukrayna prezidenti seçkilərində liderlik edir.

Trend-in məlumatına görə, protokolların 10,27 faizinin hesablanmasından sonra Zelenski seçicilərin 29,66% səsini toplayıb.

Onun izləyicisi hazırki prezident Petro Poroşenko 16,83 faiz səs toplayıb. “Batkivşina” partiyasının lideri Yuliya Timoşenko isə 13,75% səslə üçüncüdür.

Ölkə prezidenti postuna 39 namizəd iddia edir.

Qeyd edək ki, Ukrayna prezidentinin səlahiyyət müddəti beş ildir. MSK aprelin 10-a qədər seçkilərin nəticələrini açıqlamalıdır. Namizədlərdən hər hansı biri birinci turda səslərin yarısından çoxunu yığa bilməsə, aprelin 21-i ikinci tur keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti