...

MSK sədri: İstanbulda bələdiyyə seçkilərinin nəticəsi dəyişməz qalacaq

Dünya xəbərləri Materials 2 Aprel 2019 12:31 (UTC +04:00)
İstanbulda bələdiyyə seçkilərinin nəticələri dəyişməz olaraq qalır.
MSK sədri: İstanbulda bələdiyyə seçkilərinin nəticəsi dəyişməz qalacaq

Bakı. Rufiz Hafizoğlu - TRend:

İstanbulda bələdiyyə seçkilərinin nəticələri dəyişməz olaraq qalır. Trend-in məlumatına görə, bunu Türkiyə Mərkəzi Seçki Komissiyasının sədri Sədi Güvən deyib.

Onun sözlərinə görə, İstanbulda bələdiyyə seçkilərinin nəticələrindən narazı qalanlar şikayət ərizəsi ilə müraciət edə bilərlər.

Qeyd edək ki, martin 31-də Türkiyədə bələdiyyə seçkiləri keçirilib. Seçkilərdə 14 partiya iştirak edib.

İstanbul üzrə Xalq Respublika Partiyasının namizədi Ekram İmamoğlu 4,159 milyon səs topladığı halda, hakim partiyanın (AKP) namizədi Binəli Yıldırım 4, 131 milyon səs yığıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti