Bakı. Trend:
Müğənni Britni Spirs psixiatrik xəstəxanaya yerləşdirilib.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə "TMZ" internet-resursu xəbər verir.
İnternet-resursunun mənbələrinin sözlərinə görə, B.Spirs atasının ağır xəstəliyini psixoloji olaraq ağır qəbul edib və mütəxəssislərin yardımına ehtiyacı var. Müğənninin atası son bir neçə həftə ərzində iki dəfə əməliyyat olunub.
Məlumata əsasən, müğənni təxminən bir həftə qabaq xəstəxanaya yerləşdirilib və 30 gün orada qalacaq.