Bakı. Trend:
Türkiyə Sudanda tezliklə demokratiyanın bərpa olunacağına ümid edir.
Trend-in məlumatına görə, bunu Türkiyə başçısı Rəcəb Tayyib Ərdoğan Sudanda hərbi çevrilişi şərh edərkən deyib. O qeyd edib ki, Türkiyə diqqətlə Sudanda baş verənləri izləyir.
Qeyd edək ki, Sudan ordusu fövqəladə iclasında ölkə prezidenti Ömər əl-Bəşiri tutduğu bütün vəzifələrdən azad etmək və ölkə hakimiyyətini istefaya göndərmək qərarına gəlib.