...

Müdafiə naziri: Türkiyədə keçirilən hərbi təlimlər heç kimə qarşı yönəlməyib

Dünya xəbərləri Materials 14 May 2019 07:05 (UTC +04:00)
Türkiyənin su məkanlarında aparılan hərbi-dəniz təlimləri heç kimə qarşı yönəlməyi
Müdafiə naziri: Türkiyədə keçirilən hərbi təlimlər heç kimə qarşı yönəlməyib

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyənin su məkanlarında aparılan hərbi-dəniz təlimləri heç kimə qarşı yönəlməyib.

Trend-in məlumatına görə, bunu Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar deyib.

Onun sözlərinə görə, Türkiyənin hərbi dəniz təlimləri bütün dünyanın diqqət mərkəzindədir.

O qeyd edib ki, Türkiyənin bütün güc strukturlarının və Hərbi Dəniz Qüvvələrinin əsas məqsədi ölkənin təhlükəsizliyini təmin etməkdir.

Qeyd edək ki, Türkiyədə ölkə tarixində "Denizkurdu-2019" adlı ən böyük hərbi dəniz təlimləri başlayıb.

Təlimlər mayın 25-dək davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti