...

Zərif: Makedoniyalı İsgəndər, Çingiz xan kimi Tramp da İranı məhv edə bilməyəcək

Dünya xəbərləri Materials 20 May 2019 17:22 (UTC +04:00)
İqtisadi terror “İranın sonuna” səbəb olmayacaq.
Zərif: Makedoniyalı İsgəndər, Çingiz xan kimi Tramp da İranı məhv edə bilməyəcək

Bakı. Elnur Bağışov - Trend:

Makedoniyalı İsgəndər, Çingiz xan və başqalarının İranı məhv edə bilmədikləri kimi, ABŞ prezidenti Donald Tramp da buna nail ola bilməyəcək.

Trend-in məlumatına görə, bunu İran xarici işlər naziri Məhəmməd Cavad Zərif öz "Twitter" səhifəsində yazıb.

M.C.Zərif əlavə edib ki, iqtisadi terror “İranın sonuna” səbəb olmayacaq:

"Heç vaxt bir iranlını hədələməyin. Hörmətlə yanaşın, bu metod effektivdir".

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp öz "Twitter" səhifəsində bildirmişdi ki, İran müharibə istəyirsə, bu rəsmən onların sonu olacaq:

"Heç vaxt ABŞ-ı hədələməyin".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti