...

Meksikada bağlı evdə aclıqdan əziyyət çəkən 200-dən çox miqrant tapılıb

Dünya xəbərləri Materials 24 May 2019 08:34 (UTC +04:00)
Meksika hakimiyyəti paytaxt ətrafında bağlı evdə əsasən Mərkəzi Amerikadan olan 230 miqrantı susuz və qidasız tapıb.
Meksikada bağlı evdə aclıqdan əziyyət çəkən 200-dən çox miqrant tapılıb

Bakı. Trend:

Meksika hakimiyyəti paytaxt ətrafında bağlı evdə əsasən Mərkəzi Amerikadan olan 230 miqrantı susuz və qidasız tapıb.

Trend-in məlumatına görə, Ekatepek rayonunda yerləşən şübhəli ev barədə məlumatı qonşular verib.

Hadisə yerinə polis, mülki müdafiə xədmətləri gələndə evdə yüzlərlə insanın susuz və qidasız olduğunu aşkar edib. Miqrantlar arasında 64 nəfər azyaşlı olub.

Miqrantlar azad edilib və qida məhsulları ilə təmin edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti