Bakı. Trend:
Hindistanın Əhmədabad şəhərində karuselin sıradan çıxması səbəbi ilə 40 nəfər yüksək hündürlükdə qalıb.
Trend-in məlumatına görə, həmin şəxslərin təxliyəsi yanğınsöndürmə briqadaları cəlb olunub.
Karuseldə qalanların 14 nəfəri uşaq, 8 nəfəri qadın olub. Hadisə nəticəsində xəsarət alanların olmadığı deyilir.
Təxliyə başa çatdıqdan sonra karusel qeyri-müəyyən müddətə bağlanıb.