...

Misirdə 14 terrorçu məhv edilib

Dünya xəbərləri Materials 6 İyun 2019 08:25 (UTC +04:00)

Bakı. Trend:

Misirin Sinay yarımadasında Daxili İşlər Nazirliyinin qüvvələri tərəfindən Əl-Ərişdə hüquq-mühafizə orqanlarının blokpostuna edilən hücumla bağlılığı olan terrorçulara qarşı xüsusi əməliyyat keçirilib.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, Əl-Msəid rayonunda keçirilən xüsusi əməliyyat zamanı 14 terrorçu məhv edilib.

Bildirilir ki, terrorçuların üzərindən 14 ədəd odlu silah və 3 "intihar kəməri" aşkar edilib.

Qeyd edək ki, daha əvvəl terrorçular Əl-Əriş şəhərində hquq-mühafizə orqanlarına hücum ediblər. Hücum nəticəsində 8 hüquq-mühafizə orqanlarının əməkdaşı həlak olub, cavab atəşi zamanı 5 terrorçunu məhv etmək mümkün olub.

Məlumata əsasən, hücuma görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb.

Xəbər lenti

Xəbər lenti