...

Si Cinpin Qırğızıstana dövlət səfərinə gedib

Dünya xəbərləri Materials 13 İyun 2019 08:44 (UTC +04:00)
Çin Xalq Respublikasının sədri Si Cinpin Qırğızıstanın paytaxtı Bişkekə dövlət səfərinə gəlib
Si Cinpin Qırğızıstana dövlət səfərinə gedib

Bakı. Trend:

Çin Xalq Respublikasının sədri Si Cinpin Qırğızıstanın paytaxtı Bişkekə dövlət səfərinə gəlib.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə Qırğızıstan prezidenti Sooronbay Jeenbekovun mətbuat xidmətindən bildiriblər.

Məlumatda deyilir: "Çin Xalq Respublikasının sədri Si Cinpin Qırğız Respublikasına dövlət səfərinə gəlib".

Qeyd edilir ki, Manas beynəlxalq hava limanında Si Cinpini Qırğızıstanın prezidenti Sooronbay Jeenbekov qarşılayıb: "Səfər çərçivəsində ÇXR sədri Si Cinpin prezidenti Sooronbay Jeenbekov ilə geniş tərkibdə görüş keçirəcək. Görüşün yekunları üzrə bir sıra ikitərəfli sənəd imzalanacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti