Bakı. Trend:
ABŞ İranda mövcud quruluşu dəyişə bilməyəcək.
Trend-in məlumatına görə, bunu İranın ali lideri Əli Xamneyi deyib.
O bildirib ki, ABŞ 40 il ərzində İslam Respublikasının öhdəsindən gələ bilməyib:
“Əgər onlar həqiqətən də İranda rejimi dəyişmək məqsədi güdürsə, buna gücləri çatmayacaq. 40 il ərzində ABŞ prezidentləri İran İslam Respublikasını məhv etmək istəyib, amma bacamayıblar”.