...

Argentina yığması Amerika Kubokunun play-off mərhələsinə vəsiqə qazanıb

Dünya xəbərləri Materials 24 İyun 2019 07:00 (UTC +04:00)
İyunun 23-də futbol üzrə Amerika Kubokunun B qrupunun sonuncu turu keçirilib
Argentina yığması Amerika Kubokunun play-off mərhələsinə vəsiqə qazanıb

Bakı. Trend:

İyunun 23-də futbol üzrə Amerika Kubokunun B qrupunun sonuncu turu keçirilib.

Trend-in məlumatına, görə Braziliyada keçirilən oyunda Argentina millisi Qətər yığması ilə qarşılaşıb.

Görüş Argentina komandasının 2:0 hesablı qələbəsi ilə bitib.

Qolları Lautaro Martinez (4-ci dəqiqə) və Serxio Aquero (82-ci dəqiqə) vurublar.

Qrup digər oyunda Kolumbiya yığması Paraqvayı 1:0 hesabla məğlub edib.

Argentina üç oyundan sonra dörd xal toplayaraq ikinci yeri tutub və play-off mərhələsinə vəsiqə qazanıb. Birinci yerdə Kolumbiya komandası qərarlaşıb.

Qeyd edək ki, Amerika Kuboku iyulun 7-də başa çatacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti