Bakı. Trend:
Hindistanda şərnişin avtobusunun dərəyə düşməsi nəticəsində ən azı 24 nəfər həlak olub.
Trend-in məlumatına görə, hadisə Cammu və Kəşmir ştatında Kiştvar dairəsində baş verib.
Hazırda hadisə yerində xilasedicilər işləyir.
Polis yol qəzasının səbəblərini araşdırır.