...

Qətərin iki qırıcısı havada toqquşdu

Dünya xəbərləri Materials 10 İyul 2019 11:18 (UTC +04:00)
Qətərin Hərbi Hava Qüvvələrinə məxsus iki təyyarə qəzaya uğrayıb.
Qətərin iki qırıcısı havada toqquşdu

Bakı. Trend:

Qətərin Hərbi Hava Qüvvələrinə məxsus iki təyyarə qəzaya uğrayıb.

Trend-in məlumatına görə, qəza iki qırıcının havada toqquşması nəticəsində baş verib.

Məlumata görə, qəza nəticəsində xəsarət alan və ölən olmayıb. Belə ki, pilotlar zamanında təyyarəni tərk edə biliblər.

Qırıcıların hansı səbəbdən toqquşması barədə isə məlumat açıqlanmır. Hadisə ilə bağlı araşdırmaya başlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti