...

Yaponiyada 6,1 bal gücündə zəlzələ baş verib

Dünya xəbərləri Materials 13 İyul 2019 08:34 (UTC +04:00)

Bakı. Trend:

Yaponiya sahillərində Okimava prefekturasının cənubunda 6,1 bal gücündə zəlzələ qeydə alınıb.

Trend-in məlumatına görə, bu barədə ABŞ Geoloji xidməti (USGS) bildirib.

Yeraltı təkanlar Naxa şəhərindən 350 kilometr şimalda qeydə alınıb.

Zəlzələnin episentri 237 kilometr dərinlikdə yerləşib.

Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib, sunami təhlükəsi yoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti