...

Teymur Rəcəbov Dortmunda qələbə qazanıb

Dünya xəbərləri Materials 15 İyul 2019 03:07 (UTC +04:00)
Almaniyanın Dortmund şəhərində dairəvi sistem üzrə keçirilən “Sparkassen Chess-Meeting” beynəlxalq şahmat turnirinin ikinci turu başa çatıb
Teymur Rəcəbov Dortmunda qələbə qazanıb

Bakı. Trend:

Almaniyanın Dortmund şəhərində dairəvi sistem üzrə keçirilən “Sparkassen Chess-Meeting” beynəlxalq şahmat turnirinin ikinci turu başa çatıb.

Trend-in məlumatına görə, turnirdə ölkəmizi təmsil edən Teymur Rəcəbov ikinci turda almaniyalı şahmatçı Liviu Dieter Nisipeanunu məğlub edib. Şahmatçımız 1,5 xalla liderlər qrupuna daxil olub.

Qeyd edək ki, təmsilçimiz ilk turda polşalı Radoslav Voytaşeklə heç-heçə etmişdi.

Beynəlxalq turnirə iyulun 21-də yekun vurulacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti