...

Türkiyədə xüsusi təhlükəli terrorçulardan biri zərərsizləşdirilib

Dünya xəbərləri Materials 28 İyul 2019 20:44 (UTC +04:00)
Türkiyənin Ağra vilayətində "narıncı" kateqoriyasına salınan PKK terrorçusu zərərsizləşdirilib
Türkiyədə xüsusi təhlükəli terrorçulardan biri zərərsizləşdirilib

Bakı. Trend:

Türkiyənin Ağra vilayətində "narıncı" kateqoriyasına salınan PKK terrorçusu zərərsizləşdirilib.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyindən bildirilib.

Məlumata əsasən, Jandarma Komandalığının Tendurek dağı bölgəsində həyata keçirdiyi əməliyyat çərçivəsində iki PKK terrorçusu zərərsizləşdirilib.

Zərərsizləşdirilən terrorçulardan birinin adının "narıncı" kateqoriyasına daxil edilən "Ağır" ləqəbi ilə çağırılan Uğur Arslan olduğu bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti