...

İtaliyada təyyarə qəzaya uğradı - 2 ölü

Dünya xəbərləri Materials 7 Avqust 2019 12:50 (UTC +04:00)
İtaliyanın şimalındakı Liquriya vilayətində yüngülmühərrikli təyyarə qəzaya uğrayıb
İtaliyada təyyarə qəzaya uğradı - 2 ölü

Bakı. Trend:

İtaliyanın şimalındakı Liquriya vilayətində yüngülmühərrikli təyyarə qəzaya uğrayıb.

Trend-in məlumatına görə, hadisə nəticəsində təyyarədə olan iki pilot həlak olub.

Qeyd olunur ki, pilotların itməsi ilə bağlı onların yaxınları polisə məlumat verib.

Aparılan axtarışlar nəticəsində səhər saatlarında təyyarənin qalıqları və həlak olanların meyitləri tapılıb.

Qəzanın səbəbləri ilə bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti