Bakı. Trend:
İran rəsmi olaraq modernləşdirilmiş "Falagh" çox məqsədli radar modelini təqdim edib.
Trend-in məlumatına görə, bu barədə "Mehr" agentliyi bildirib.
Rusiya istehsalı olan "Gamma-DE" radar stansiyası əsas kimi götürülüb. Radar İran hərbi konstruktorlarının vasitəsilə yenidən işlənib.
Yeni qurğu ölkənin hava hücumundan müdafiə sisteminə inteqrasiya olunacaq. İran hərbçiləri bundan S-300 zenit-raket sistemi ilə birlikdə istifadə etməyi planlaşdırır.