...

Braziliyada gecə klubuna edilən hücumda beş nəfər ölüb

Dünya xəbərləri Materials 11 Avqust 2019 07:29 (UTC +04:00)
Braziliyanın cənubundakı Rio Qrande du Sul ştatında yerləşən gecə klubuna edilən hücum nəticəsində 5 nəfər həlak olub
Braziliyada gecə klubuna edilən hücumda beş nəfər ölüb

Bakı. Trend:

Braziliyanın cənubundakı Rio Qrande du Sul ştatında yerləşən gecə klubuna edilən hücum nəticəsində 5 nəfər həlak olub, dörd nəfər yaralanıb.

Trend-in məlumatına görə, bu barədə yerli xəbər portalı "Qauşaz" bildirib.

Məlumata əsasən, gecə klubuna quldurlar tərəfindən hücum edilib.Cinayətkarlar musiqini söndürməyi tələb ediblər, sonra oradakı qadınlardan birini vurublar. Sonra digər adamlara atəş etməyə başlayıbar.

Yaralananlar ağır vəziyyətdə bölgənin paytaxtı Porto Alegredəki xəstəxanalara göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti