...

Tanzaniyada benzin daşıyan maşın qəzasında 75 nəfər ölüb

Dünya xəbərləri Materials 12 Avqust 2019 19:57 (UTC +04:00)
Tanzaniyanın şərqində benzin daşıyan tankerin iştirak etdiyi qəzada ölənlərin sayı 75 nəfərə çatıb
Tanzaniyada benzin daşıyan maşın qəzasında 75 nəfər ölüb

Bakı. Trend:

Tanzaniyanın şərqində benzin daşıyan tankerin iştirak etdiyi qəzada ölənlərin sayı 75 nəfərə çatıb.

Trend-in məlumatına görə, bu barədə "Citizen" qəzeti bildirib.

Bildirilir ki, benzin daşıyan maşın Moroqoro şəhərində aşandan sonra alovlanıb. Bir çox yerli sakin sızan yanacağı toplamaq istəyərkən həlak olub.

Bazar günü baş verən hadisə ilə əlaqədar Tanzaniya prezidenti Con Maqufuli ölkədə üç günlük matəm elan edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti