...

Suriyada ölkənin qərb ərazisinə raket zərbəsi endirildiyi bildirilib

Dünya xəbərləri Materials 16 Avqust 2019 03:47 (UTC +04:00)
Suriyanın hava hücumundan müdafiə sistemləri Həma vilayətindəki Masyaf şəhərinə raket hücumunu dəf edib
Suriyada ölkənin qərb ərazisinə raket zərbəsi endirildiyi bildirilib

Bakı. Trend:

Suriyanın hava hücumundan müdafiə sistemləri Həma vilayətindəki Masyaf şəhərinə raket hücumunu dəf edib.

Trend-in məlumatına görə, bu barədə Suriyanın dövlət kanalı "Syria TV" bildirib.

Məlumata əsasən, raket şəhərin üstündən keçdiyi zaman məhv edilib.

Bildirilir ki, "düşmən raketi yerli vaxtla saat 23:06-da Livanın hava məkanından Masyaf şəhəri istiqamətinə buraxılıb.

Maddi ziyan və ya xəsarət barədə hələ məlumat verilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti