...

Uqandada qəza: 10 nəfər ölüb

Dünya xəbərləri Materials 19 Avqust 2019 08:15 (UTC +04:00)
Uqandada yanacaq daşıyan avtomobilin partlaması nəticəsində azı 10 nəfər ölüb
Uqandada qəza: 10 nəfər ölüb

Bakı. Trend:

Uqandada yanacaq daşıyan avtomobilin partlaması nəticəsində azı 10 nəfər ölüb.

Trend-in məlumatına görə, yük maşını Rubirizi dairəsi yaxınlığında avtobusla toqquşduqdan sonra aşıb.

Qeyd olunub ki, Rubirizi vilayətində idarəetməni itirən sürücü avtomobili iki avtobusa vurduqdan sonra yaxınlıqdakı mağazalara çırpıb.

Hadisə zamanı partlayış, daha sonra isə yanğın da baş verib. Bildirilir ki, dağıntılar altında onlara insan qalıb. Ölənlərin sayının artacağı istisna edilmir. İnsident bir neçə ticarət məntəqələrinin yaxınlığında qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti