...

Silahlılar Suriyanın 19 yaşayış məntəqəsini atəşə tutub

Dünya xəbərləri Materials 28 Avqust 2019 05:21 (UTC +04:00)
Ötən sutka ərzində silahlılar Suriyada 19 yaşayış məntəqəsini atəşə tutub
Silahlılar Suriyanın 19 yaşayış məntəqəsini atəşə tutub

Bakı. Trend:

Ötən sutka ərzində silahlılar Suriyada 19 yaşayış məntəqəsini atəşə tutub.

Trend-in məlumatına görə, bu barədə Suriyada düşmən tərəflərin barışdırılması üzrə Rusiya Mərkəzinin rəhbəri general-mayor Aleksey Bakin bildirib.

Onun sözlərinə görə, qanunsuz silahlı birləşmələrin üzvləri Hələb əyalətinin 5 yaşayış məntəqəsini, Latakiya əyalətinin 13 yaşayış məntəqəsini, İdlib əyalətinin isə 1 yaşayış məntəqəsini atəşə tutublar.

Qaçqınlar barədə danışan A.Bakin qeyd edib ki, xarici ölkələrdən Suriya ərazisinə 602006 nəfər qayıdıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti