...

Kanadada avtobus qəzasında iki nəfər ölüb

Dünya xəbərləri Materials 15 Sentyabr 2019 00:07 (UTC +04:00)
Kanadanın Britaniya Kolumbiyası vilayətində sərnişin avtobusu qəzaya uğrayıb
Kanadada avtobus qəzasında iki nəfər ölüb

Bakı. Trend:

Kanadanın Britaniya Kolumbiyası vilayətində sərnişin avtobusu qəzaya uğrayıb.

Trend-in məlumatına görə, bu barədə "CTV" telekanalı bildirib.

Məlumata əsasən, hadisə Vankuver adasında Port Alberni və Bemfild yaşayış məntəqələri arasındakı magistral yolda baş verib.

Naməlum səbəbdən avtobus yoldan çıxaraq aşıb. Avtobusda 40 nəfər olub, onlardan ikisi ölüb, daha üçünün vəziyyəti ağır və kritikdir. 35 sərnişin yüngül xəsarətlərlə xəstəxanaya aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti