...

Əfqanıstanda hava limanında atışma zamanı üç xarici əsgər yaralanıb

Dünya xəbərləri Materials 24 Sentyabr 2019 02:07 (UTC +04:00)

Bakı. Trend:

Əfqanıstanın Qəndəhar şəhərinin hava limanında bir əfqanıstanlı əsgər tərəfindən açılan atəş nəticəsində ən azı 3 xarici əsgər yaralanıb.

Trend-in məlumatına görə, hadisə əfqan əsgəri ilə əcnəbi əsgəri arasında çəkişməsindən sonra baş verib.

Bildirilir ki, "Taliban" hərəkatı hücum məsuliyyətini öz üzərinə götürüb. Həmin hücum onların agenti tərəfindən təşkil edilib.

Məlumata əsasən, atışmada 12 nəfər həlak olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti