İyulun 19-da Hörmüz Boğazında İran tərəfindən tutulan neft tankeri "Stena Impero", İranın Bəndər Abbas limanını tərk edib.
Trend-in məlumatına görə, tanker Səudiyyə Ərəbistanının Cubail limanından Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Rəşid limanına istigamətini dəyişib.
Tankerin saxlanmasına son qoyulması barədə qərar çərşənbə günü verilib.
Xatırladaq ki, İyulun 19-da İranın İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) Hörmüz boğazında Böyük Britaniyaya məxsus "Stena Impero" neft tankerini saxlamışdır. Bildirilmişdir ki, tanker beynəlxalq dəniz hüququnu pozduğuna görə saxlanılıb.