...

Ankarada 10 əcnəbi terrorçu saxlanıldı

Dünya xəbərləri Materials 15 Oktyabr 2019 12:29 (UTC +04:00)
Ankarada polis xüsusi antiterror əməliyyatı keçirib
Ankarada 10 əcnəbi terrorçu saxlanıldı

Bakı. Rufiz Hafizoğlu - Trend:

Ankarada polis xüsusi antiterror əməliyyatı keçirib.

Trend-in məlumatına görə, əməliyyat nəticəsində İŞİD terror təşkilatının 10 üzvü saxlanılıb.

Qeyd olunur ki, aparılan istintaq zamanı saxlanan şəxslərin Suriya və İraq ərazisində silahlı qruplaşmaların tərkibində iştirak etdikləri müəyyən edilib.

Saxlanan şəxslərin vətəndaşlıqları barədə məlumat verilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti