...

Rusiyada hərbi hissədə əsgər 7 nəfəri güllələyib öldürdü

Dünya xəbərləri Materials 25 Oktyabr 2019 16:21 (UTC +04:00)
Rusiyanın Zabaykalye diyarında hərbi hissələrin birində atışma olub
Rusiyada hərbi hissədə əsgər 7 nəfəri güllələyib öldürdü

Bakı. Trend:

Rusiyanın Zabaykalye diyarında hərbi hissələrin birində atışma olub.

Trend-in məlumatına görə, müddətli hərbi xidmət keçən bir əsgər öz xidmət yoldaşlarına atəş açıb.

Hadisə nəticəsində 7 nəfər həlak olub, daha iki nəfər yaralanıb. İnsident qarovulun dəyişməsi zamanı baş verib.

Hazırda hadisənin təfərrüatları ilə bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti