...

İran uranın zənginləşdirilməsi prosesinə başlayıb

Dünya xəbərləri Materials 7 Noyabr 2019 03:22 (UTC +04:00)
İran Fordodakı nüvə müəssisəsində uranın zənginləşdirilməsi prosesinə başlayıb
İran uranın zənginləşdirilməsi prosesinə başlayıb

Bakı. Trend:

İran Fordodakı nüvə müəssisəsində uranın zənginləşdirilməsi prosesinə başlayıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumatına görə, bu barədə İranın Atom Enerjisi Təşkilatı bildirib.

Təşkilatın açıqlamasında bildirilir: "Fordoda uranın zənginləşdirilməsi və istehsalı yenidən başlayıb, bütün addımlar Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin nəzarəti altında aparılır".

Noyabrın 6-da İranın Fordodakı nüvə müəssisəsində sentrifuqaya qaz doldurulmağa başlanılıb, bu isə faktiki olaraq Tehranın nüvə sazişi üzrə öhdəliklərinin azaldılmasının dördüncü mərhələsinin başlanğıcı deməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti