Bakı, Trend:
Bu ilin sonuna qədər Çexiya ABŞ ilə milli hava qüvvələri üçün 12 döyüş helikopterinin alınması üçün müqavilə imzalayacaqdır.
Trend-in məlumatına görə, 12 vertolyotun alınması üçün 14,6 milyard kron (təxminən 700 milyon dollar) dəyərində müqavilə 2019-cu ilin sonuna qədər imzalanmalıdır. Çexiya Hərbi Hava Qüvvələri 2023-cü ildə vertolyotlar alacaq.
Bildirilirki, söybət səkkiz "UH-1 Venom" və dörd hücum "AH-1 Viper" helikopterlərdən gedir.
Praqada Vaşinqtondan alınan təklif vertolyotların onlara quraşdırılmış silah sistemləri və tam texniki avadanlıqla təmin edilməsini təmin edir. Bundan əlavə, heyət ekipaj hazırlığı və maşın baxımını da əhatə edir.